Emin Əmrullayevin dediyini rektor təkzib etdi: Qarabağ Universitetinə pedaqoji heyət necə seçilir?
Xəbər verdiyimiz kimi, Qarabağ Universitetinə pedaqoji heyətin seçimi davam edir.
Yenicag.az xəbər verir ki, universitetə müəllimlərin seçimi ilə bağlı elm və təhsil naziri Emin Əmrullayevin öncəki çıxışlarında səsləndirdiyi fikirlər rektor Şahin Bayramov tərəfindən təkzib edilib.
Belə ki, nazir açıqlamalarında universitetə yaxın ərazidə yaşayan müəllimlərin cəlb ediləcəyini bildirib:
“Yaxın ərazidə yaşayan müəllim heyətinin cəlb olunması nəzərdə tutulur. Xankəndi, Şuşa, Ağdamdan olan alimlərimizlə görüş baş tutacaq”.
Şahin Bayramov isə Oxu.az-a verdiyi müsahibədə müəllim seçimində nazirin qeyd etdiyi tələblərin olmadığını bildirib:
“Düzü, bilmirəm bu məlumat nəyə əsasən yazılıb. Elə bir tələb olmuş olsaydı, vakansiyalar elan olunanda tələblər sırasında yer alardı. Belə bir tələb heç bir vakansiyada yoxdur. Bu da o deməkdir ki, məlumatın heç bir əsası yoxdur. Kadr seçimi ilə bağlı bizdə ən önəmli məsələ professional keyfiyyətlərə malik kadrların seçilməsidir”.
224 dəfə oxundu