Başından xəsarət alan məhbus bir aydır azadlıqdadır

Başından xəsarət alan məhbus bir aydır azadlıqdadır


Bakıda Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında baş verən dava nəticəsində xəsarət alan məhkum azadlığa buraxılıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Trend-ə Cəzaçəkmə Müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitədən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində 2 ay əvvəl - aprelin 7-də baş verib: "Cəzaçəkmə Müəssisəsində iki məhbus arasında mübahisə yaranıb və mübahisə zamanı məhbus, 1989-cu il təvəllüdlü Ayaz Saleh oğlu Əkbərov mübahisə etdiyi digər məhbus, 1978-ci il təvəllüdlü Anar Akif oğlu Mustafayevin başına daşla vurub. Xəsarət alan məhkuma tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır".

Məhbus A.Mustafayevə xəsarət yetirən A.Əkbərov daxili qaydaları pozduğuna görə cərimə təcridxanasına göndərilib.

Komitədən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan A.Mustafayev isə cəzası başa çatdığı üçün azadlığa buraxılıb. Artıq A.Mustafayev bir aydır ki, azadlıqdadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1010 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...