Lənkəranda yük və minik maşınları toqquşub, 3 nəfər xəsarət alıb

Lənkəranda yük və minik maşınları toqquşub, 3 nəfər xəsarət alıb


Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayonun Lüvəsər kəndi ərazisində qeydə alınıb. Goranboy rayon sakini, 1972 Camalı Alışovun idarə etdiyi “Sahagman” markalı, 99 JL 607 dövlət nömrə nişanlı yük maşını Lənkəranın Çağlagücə kənd sakini, 1973-cü il təvəllüdlü Pəhləvan Rzayevin idarə etdiyi “VAZ 2106” markalı, 15 BC 661 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Güclü zərbədən minik maşını yararsız vəziyyətə düşüb.

Minik avtomobilinin sürücüsü və sərnişinləri olan Lüvəsər kənd sakinləri - 2000-ci Məleykə Təhmədzadə və 2001-ci Ulduz Əliyeva müxtəlif bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
995 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...