Azərbaycanda kibercinayətkarlıqla məşğul olan daha bir nəfər həbs edilib

Azərbaycanda kibercinayətkarlıqla məşğul olan daha bir nəfər həbs edilib


Respublikanın daxili işlər orqanları kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində daha bir əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 30-a yaxın vətəndaşın bank kartlarından xüsusi kiberproqramlar vasitəsilə külli miqdarda pul vəsaitlərini ode.az, hesab.az, apus.com, e-pul.az, gpen.com və sair ödəniş saytları vasitəsilə qanunsuz çıxaran Göygöl rayon sakini İbrahim Məmmədzadə tutulub.
Azərbaycanda kibercinayətkarlıqla məşğul olan daha bir nəfər həbs edilib

Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək bildirib ki, informasiya texnologiyaları sahəsində olan xüsusi biliklərindən istifadə edərək internet vasitəsilə onlayn bank əməliyyatları aparan vətəndaşların ödəmə sistemindəki kart göstəricilərinin məlumat bazalarına qanunsuz daxil olaraq onların rekvizitlərini əldə edib.

Daha sonra İ. Məmmədzadə həmin şəxslərin hesablarında olan pulları qeyd olunan onlayn ödəniş saytları vasitəsilə bu məqsəd üçün yaratdığı hesablara köçürərək nağdılaşdırıb. İ. Məmmədzadənin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...