Məhkəmə Telman İsmayılovun müflisləşməsi işinə iyunda baxacaq

Məhkəmə Telman İsmayılovun müflisləşməsi işinə iyunda baxacaq

Moskva vilayətinin Arbitraj Məhkəməsi Çerkizovski bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun yaradıcısı, biznesmen Telman İsmayılovun öz iflası barədə iddiasına baxılmasını iyunun 16-na təxirə salıb. RİA Novosti xəbər verir ki, məhkəmə vətəndaş Boris Zubkovun iddiası əsasında T.İsmayılovun müflisləşməsini təsdiq edən Moskva Arbitraj Məhkəməsinin qərarını martda ləğv edən 10-cu Arbitraj Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətlərinə baxılmasını gözləmək məqsədilə dinləmələri ertələyib.

Qeyd edək ki, məhkəmə əvvəlki iclasda T.İsmayılovdan kreditorları və borclu olduğu adamların siyahısını, mülkiyyət hüququnu təsdiqləyən sənədlərin surətini və s. sənədləri təqdim etməyi tələb etmişdi.("Report")



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...