Xaricdən Bakıya göndərilən poçt bağlamalarından narkotik çıxdı

Xaricdən Bakıya göndərilən poçt bağlamalarından narkotik çıxdı

Bakı Baş Gömrük İdarəsinin Poçt Göndərişlərinə Nəzarət Bölməsində Kanadadan beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan poçt bağlamasına gömrük baxışı keçirilərkən kəskin qoxuya malik bitki mənşəli kütlələr aşkar edilib. Virtualaz.org Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, eyni gündə eyni şəxsin adına Böyük Britaniyadan beynəlxalq poçt göndərişləri vasitəsi ilə daxil olan digər bir bağlamadan isə gömrük nəzarəti zamanı toz halında maddə aşkar olunub.

Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən bitki mənşəli kütlələr təmiz çəkisi 56,54 qram olan qurudulmuş marixuana, toz halında maddə isə təmiz çəkisi 6,212 qram olan və Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə olan MDA - tenamfetamindir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan bağlamanı sifariş verən Azərbaycan vətəndaşı müəyyən edilərək poçt göndərişini qəbul edən zaman saxlanılıb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...