Erməni deputatın əmisi oğlu nüvə qaçaqmalçılığına görə tutuldu

Erməni deputatın əmisi oğlu nüvə qaçaqmalçılığına görə tutuldu


Ermənistanın hakim Respublika Partiyasının deputatı Arakel Movsisyanın əmisi oğlu Miqran Movsisyan həbs olunub. Bu barədə AzVision.az Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir. İlkin məlumatlara görə, o, ölkədən 200 milyon dollar dəyərində uran çıxartmağa və onu Gürcüstanın paytaxtında satmağa cəhd edib.

Qeyd edək ki, Mihran Movsisyan ötən ilin oktyabrda da qalmaqalla KİV-lərin gündəminə gəlmişdi. Onun cangüdəni Samvel Arakelyan digər mühafizəçi Artur Ayvazyanı öldürdüyü üçün 14 illik azadlıqdan məhrum edilmişdi. Qəzet əmisi oğlunun həbsi ilə bağlı deputat Arakel Movsisyanla əlaqə saxlayıb. Deputat məsələdən xəbərdar olduğunu bildirib: “Mən belə bir məlumatın olduğunu bilirəm. Hazırda vacib olan vətənimizin sərhədlərinin qorunmasıdır. Mən Qarabağdayam”.

Əmisi oğlunun həbsi barədə danışan deputat “Əgər o vətənə xəyanət etməyibsə ”, mən onun həbsdən çıxması üçün əlimdən gələni edəcəyəm.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1024 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...