Azərbaycanda ilan zəhəri satan şəxslər tutulub

Azərbaycanda ilan zəhəri satan şəxslər tutulub


Cəlilabad rayonunda ilan zəhəri satan şəxslər tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Fəqan Hüseynzadə, Elşad Heydərov və Masallı rayon sakini Raqif Həsənov 1,131 qram ilan zəhərini 1 540 manata satarkən tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
879 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...