Cahangir Hacıyevə daha bir vəkil tutuldu
Beynəlxalq Bankın həbsdə olan keçmiş prezidenti Cahangir Hacıyevin hüquqlarının müdafiəsinə yeni vəkil qoşulub. Modern.az xəbər verir ki, C.Hacıyevin yaxınları vəkil Əfqan Məmmədovla müqavilə imzalayıblar. Yeni vəkil artıq istintaq təcridxanasında Beynəlxalq Bankın keçmiş prezidenti ilə görüşüb. Qeyd edək ki, C.Hacıyevin indiyədək bir vəkili vardı. Onun hüquqlarını vəkil Aqil Layıcov müdafiə edirdi. Ə.Məmmədov həbsdə olan bankirin ikinci vəkilidir.
C.Hacıyev ötən il dekabrın 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə dekabrın 5-də onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.
928 dəfə oxundu