"Bulaq"dakı atışmaya görə axtarılan şəxsin atası "Bandotdel"ə aparılıb

"Bulaq"dakı atışmaya görə axtarılan şəxsin atası "Bandotdel"ə aparılıb


Səbail rayonunda bir neçə gün öncə restoranda baş verən atışmaya görə axtarışda olan şəxsin atası saxlanılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkil qeyd edib ki, "Bulaq" restorarında baş verən hadisə ilə bağlı axtarışda olan Samir Allahyarova görə onun atası, ağır şəkər xəstəsi olan Rafiq Allahyarov 3 gündür Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarədə girov saxlayırlar:

“Ailəsindən azuqə də qəbul etmirlər. Deyirlər ki, oğlu gəlsin sonra buraxacağıq. Bu üç gün ərzində dəfərlərlə Allahyarov Rafiq Rəhim oğlunun halı pisləşdiyindən BMCMİ-yə təcili tibbi yardım gəlib. Onun həyatı təhlükədədir. Vəkili olaraq məni də görüşə buraxmırlar”.

Vəkil müdafiə etdiyi şəxsin buraxılması üçün nazir Ramil Usubova müraciət edib: “Buradan açıq şəkildə daxili işlər naziri cənab Ramil Usubova müraciət edərək xahiş edirəm ki, Allahyarov Rafiq Rəhim oğlu ilə görüşməyimə icazə verilməsi və Allahyarov Rafiq Rəhim oğlunun qanunsuz həbsdən azad edilməsinə göstəriş versin”.

E.Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, axtarışda olan Samir Allahyarovun da atışma baş verən hadisəyə heç bir aidiyyatı yoxdur: “Həmin vaxt Samir orada olmayıb”. Qeyd edək ki, aprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub, hadisə zamanı istifadə edilən "Revolver" tipli tapança və 5 ədəd patron götürülüb.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...