Ermənilər daha bir mülki şəxsi yaraladı

Ermənilər daha bir mülki şəxsi yaraladı


Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Ağdam rayonunun Təzəkənd ərazisində bir mülki şəxs ağır yaralanıb.

Bu barədə AzVision.az -a Təzəkənd bələdiyyəsinin sədri Əhmədov Mahir Səfiyar oğlu məlumat verib. Onun sözlərinə görə, ötən gecədən etibarən ermənilər kənddəki evlərə atəş açıblar:

“Gecə saatlarında ermənilər kənddəki mülki evləri mütəmadi olaraq atəşə tutdular. Nəticədə sakinlərin evlərinə ciddi ziyan dəyib. Atəş zamanı kənd sakini Fərəcov Hümbət Məhəmməd oğlu da ağır bədən xəsarətləri alıb. Onu təcili yardım maşını vasitəsi ilə xəstəxanaya yerləşdiriblər. Hazırda vəziyyəti orta-ağırdır. İndi nisbətən atışma səngiyib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
947 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...