Əzizə Çullunun qadın alveri şəbəkəsi ifşa edildi – ƏMƏLİYYAT

Əzizə Çullunun qadın alveri şəbəkəsi ifşa edildi –


Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan mütəşəkkil dəstənin başçısı tutulub.

GUNDEMİNFO.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, azərbaycanlı qadınları Türkiyədə satan şəxsin tutulması üçün Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala şəhər sakini, 1986-cı il təvəllüdlü Əzizə Çullu həbs edilib. Onun bir qrup şəxslə cinayət əlaqisinə girməsi, Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Dənizli şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Məlumata görə, Əzizə Çullu Azərbaycanın ayrı-ayrı bölgələrində mütəşəkkil dəstəsinə üzvlər cəlb edib. Dəstənin üzvləri Əzizə Çullunun sifarişi ilə Türkiyəyə getmək istəyən qadınlarla danışıqlar aparıblar. Həmçinin bildirilir ki, dəstə üzvləri həmin qadınları Türkiyədə varlı insanlara baxacaqları ilə, bəzilərinin isə dayəlik edəcəkləri ilə aldadıblar. Amma Türkiyəyə aparılan qadınlar orada başqa vəziyyətlə üzləşiblər. Əzizə Çullu həmin qadınların xarici pasportlarını alaraq, onları fahişəliyə məcbur edib. Həmin qadınlar da Dənizli şəhərində olan hotellərdə ayrı-ayrı kişilərlə cinsi əlaqədə olublar. Faktla bağlı araşdırma davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1438 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...