Tatarıstanda 150-dən çox uşağı zorlayan erməni həbs olundu
Pedofil uşaqları öz mənzilində saxlayırmış. Naberejnı Çelnıda çəkməçi işləyən 48 yaşlı E.Saqiyan 150 epizod üzrə zorlamada ittiham edilir. İstintaqın məlumatına görə, onun qurbanları 14-18 yaş arası uğursuz ailələrdən olan, sosial sığınacaqlarda yaşayan qızlar olurdu. Pedofil uşaqları öz mənzilində saxlayırdı, bir neçə gün heç bir yerə çıxmağa imkan vermir və zorlayırdı.
Müstəntiqlərin versiyasına görə, Saqiyan qızlarla Naberejnı Çelnının küçələrində tanış olurdu və onaları pul müqabilində evini yığışdırmağı və yaxud da gedəcəyi yer yoxdursa, onun yanında qalmağı təklif edirdi. Daha sonra müttəhim özünü kriminal avtoritet kimi təqdim edir və ölümlə hədələyərək qızları döyüb zorlayırdı. Qızlara verdiyi işgəncə bununla bitmirdi. Daha sonra o, həmin qızları yenidən tapır, məcburi evinə aparır və yenidən zorlayırdı. Öz qurbanlarından birini, 15 yaşlı qızı mənzilində kilidləyərək 10 gün ərzində seksə məşğul olmağa məcbur edib.
O, şkafda ehtiyat açarları təsadüfən tapdıqdan sonra ondan canını qutara bilib. “Tatarıstan üzrə İstintaq İdarəsində yetkinlik yaşına çatmayanların zorlanmasına dair 150 epizod üzrə cinayət işinin istintaqı başa çatıb. 48 yaşlı E.Saqiyan qanunsuz azadlıqdan məhrumetmə, zorlama və seksual xarakterli təcavüzdə ittiham edilir”, - LifeNews-a Rusiya İstintaq Komitəsinin Tatarıstan üzrə İstintaq İdarəsinin rəhbərinin baş köməkçisi Andrey Şeptiski bildirib. Yaxın günlərdə silsilə təcavüzləri həyata keçirən təcavüzkarın işi məhkəməyə veriləcək. ///Oxu.Az
1086 dəfə oxundu