Sərdar Həmidovun evini yaranlar hələ də tapılmayıb
“Hələ ki, istintaq araşdırmasıyla bağlı heç bir məlumat yoxdur. Mənə hər hansısa bir xəbər verməyiblər. Sadəcə olaraq deyirlər ki, araşdırma aparılır. İstintaqda hələ yenilik olmadığına görə bir söz demirlər”.
Bu sözləri Modern.az saytına açıqlamasında Tərtərin keçmiş icra başçısı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə rayondakı evlərinin qarət olunmasından danışarkən deyib.O, əlində fakt olmadığına görə, hələ ki bu barədə hansısa fikir söyləməyin tez olduğunu bildirib:
“Bu gün istintaqın necə və hansı formada getməsi ilə bağlı fikir yürütməyim tez olar. Çünki əlimdə hansısa fakt olmadığına görə heç bir versiya irəli sürə bilməyəcəyəm. Amma ümid edirəm ki, müvafiq orqanlar bu məsələnin üstünə düşəcəklər”. Şəhriyar Məcidzadə Tərtərdəki ata-baba evlərinin yarılması və oradan oğurluq edilməsi barədə bu il mart ayının 10-da məlumat vermişdi.
Hadisədən sonra Ş.Məcidzadə rayonun polis rəisinin qəbulunda olub. Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidov bu il fevral ayının 28-də uzun sürən xəstəlikndən sonra vəfat edib.
1034 dəfə oxundu