Sumqayıt Məhkəməsi məktəblini ölümcül edən türk sürücüyə tərəf çıxır?

Sumqayıt Məhkəməsi məktəblini ölümcül edən türk sürücüyə tərəf çıxır?


Arikan Mehmet Apellyasiya Məhkəməsinin çağırışlarına gəlmir

Keçən il mayın 21-də Sumqayıtda 10 yaşında məktəblini şəxsi avtomabili ilə vuraraq ölümcül hala salan Türkiyə vətəndaşı Arikan Mehmet məhkəmədən qalib çıxıb. Bu barədə Modern.az-a şikayət məktubu ünvanlanıb. Zərərçəkmiş məktəbli Mərdan Mərdanovun valideynləri bildirir ki, Arikan Mehmet Abdullah oğlu tərəfindən törədilən qəza Mərdan Mərdənov Kamran oğlunu elə hala salıb ki, o, normal yeriyə bilmir. Mərdan Mərdanov 22 gün Sumqayıt Travmatologiya Xəstəxanasında yatıb. İlk həftə xəsarət yetirən, məktəblinin müalicəsi üçün hətta Türkiyədə kömək göstərəcəyi barədə vədlər versə də, sonradan bu vədlərin arxasından çəkilib.

Şikayətdə bildirilir ki, nə xəstəxanada olarkən, nə də sonra vuran şəxs tərəfindən söz verildiyi kimi ailəyə yardım edilib. Müstəntiqlə ekspert birgə video görüntüyə baxaraq rəy veriblər ki, xarici vətəndaş bu məsələdə təqsirkardır. Buna əsasən İlqar Məmmədov Aslan oğlunun hakimliyi ilə onun məhkəməsi olub. 13 yanvar 2016-ci ildə keçirilən məhkəmədə hakimin qərarı ilə təqsirkar şəxs sürücülük hüququndan azad olunmaq və qazancından dövlətə 20 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Qərar qəbul edildiyi gündən bu vaxta qədər isə zərərçəkən tərəfə heç bir vəsait ödənilməyib. Qərarda qeyd edildiyi kimi islah işlərinə cəlb edilməyib. Nəticədə zərərçəkən tərəf Sumqayıt Məhkəməsindən apellyasiya şikayəti verib. Lakin Apellyasiya Məhkəməsinin Fərmayil Zeynalın hakimliyi ilə keçirilən 2 çağırışına Arikan Mehmet gəlməyib. 3-cü çağırış isə aprelin 13-də keçiriləcək. Qəzada ayaq nahiyəsindən yaralanan Mərdan Mərdanov bu səbəbdən məktəbə gedə bilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
912 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...