PKK-ya qarşı əməliyyatda beş türk əsgəri şəhid olub, 15-ə yaxını yaralanıb

PKK-ya qarşı əməliyyatda beş türk əsgəri şəhid olub,


Türkiyənin Mardin vilayətində PKK-ya qarşı aparılan əməliyyatda üç türk əsgəri şəhid olub. APA-nın Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı doqquz xüsusi təyinatlı yaralanıb. Bildirilir ki, xüsusi təyinatlılar şəhərdəki binalardan birində əməliyyat keçirdiyi zaman partlayıcı qurğu işə düşüb.

Bundan başqa, Şırnak vilayətində keçirilən əməliyyat zamanı atışma baş verib, nəticədə yeddi əsgər yaralanıb. PKK-çıların partlayıcı qurğunu işə salması nəticəsində yaralanan təhlükəsizlik əməkdaşları xəstəxanaya yerləşdirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...