Qusarda həmyerlisini qətlə yetirən şəxs 20 il həbs cəzası aldı

Qusarda həmyerlisini qətlə yetirən şəxs 20 il həbs cəzası aldı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Abdulrəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Abdulrəhimov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Qusar şəhərində baş verib. Qusar rayon sakini R.Abdulrəhimov həmyerlisi Şahin Niftəliyevin evinə gələrək onu bıçaqla qətlə yetirib. R.Abdulrəhimov hadisə vaxtı həmin evdə kirayədə yaşayan həmyerlisi Zibeydə Hacıbəyovaya da xəsarət yetirərək hadisə yerini tərk edib. Z.Hacıbəyova xəstəxanaya yerləşdirilib. Qusar rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...