İki uşaq anası özünü niyə güllələyib? - Təfərrüat

İki uşaq anası özünü niyə güllələyib? -


Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Çataq kəndində 29 yaşlı qadın odlu silahla özünü öldürüb. 1987-ci il təvəllüdlü Kəmalə İmran qızı Hacıyeva qarın nahiyəsinin odlu silah yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 29 yaşlı qadının intihara əl atmasının səbəbləri hələlik məlum deyil.

K.Hacıyevanın qohumlarının AzVision.az-a bildirdiyinə görə, onun psixiloji problemi olmayıb. “Kəmalə ailəli idi. Onun bir və 6 yaşlı iki uşağı var. Hadisə dünən saat 11 radələrində baş verib. Kəmalənin intihar etməsinin səbəbini heç kim bilmir. Bildiyimizə görə, ailəsində indiyədək ciddi problem olmayıb. Həyat yoldaşı Bakıda fəhlə işlədiyindən onlar ayrı yaşayırdılar. Kəmalə təsərrüfat işləri ilə məşğul olurdu, çox zəhmətkeş qadın idi. O, özünü niyə öldürüb, hamı bu barədə sual edir. Kəmalə qayınatası və qayınanası ilə birlikdə yaşayırdı”-deyə qohumları bildirilib.

Qonşularının sözlərinə görə, K.Hacıyeva özünü öldürməmişdən əvvəl qayınatasına təsərrüfat işlərində kömək edib. Sonra “uşaqlara yemək verib, gəlirəm” deyərək evə yollanıb. “Qayınatası həmin vaxt torpaq sahəsində işləyirmiş. Birdən evdən güllə səsi eşidilib. Evə gələndə görüb ki, Kəmalə qan içində yerə uzanıb. Ölüm səbəbi haqda dəqiq heç nə deyə bilmərik. Ehtimal edilir ki, o həyat yoldaşı ilə telefonda dalaşıb, ondan sonra özünü güllələyib. Hazırda polis tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbi araşdırma başa çatandan sonra bilinəcək”-deyə mərhumənin qonşuları söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
995 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...