Kürdəmir sakini qaynının evinə 26 dəfə atəş açıb
Kürdəmirdə iki qardaşın güllələnməsi ilə nəticələnən insidentin səbəbi məlum olub. APA-nin yerli bürosunun xəbərinə görə, rayonun Topalhəsənli kənd sakini Məhəmmədəli Abdullayev qaynı Natiq Dəmirovun ad günündə həddindən artıq içkili olmasına baxmayaraq yenə içki istəyib. N. Dəmirov buna etiraz edəndə mübahisə yaranıb. M. Abdullayev evinə gedərək ov tüfəngini götürüb və qaynının həyətinə girərək evin qapısına 26 dəfə atəş açıb.
Nəticədə, N. Dəmirov və qardaşı Raqif bədəninin müxtəlif nahiyələrindən güllə yaraları alıblar. Yaralılar dərhal Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Hadisəni törədən M. Abdullayev tutularaq istintaqa təhvil verilib. İlkin dindirmədə M. Abdullayev içkili olduğundan törətdiyi hadisəni xatırlamadığını deyib. Hadisənin dəqiq başvermə səbəbi araşdırılır.
***
Kürdəmir rayon sakini iki nəfəri güllələyib. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 25-də Kürdəmir rayonunda rayon sakini Məhəmmədəli Abdullayev həmyerlisi Natiq Dəmirovun evində olarkən aralarında baş vermiş münaqişə zamanı M.Abdullayev N.Dəmirova və qardaşı Raqifə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdirilib.
Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev tutulub, hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Arthems” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.
887 dəfə oxundu