Kürdəmir sakini şənlikdə iki qardaşı güllələdi

Kürdəmir sakini şənlikdə iki qardaşı güllələdi


Kürdəmir rayonunda törədilmiş silahlı insidentin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Dünən kənd sakinlərindən birinin ad günü şənliyində iştirak edən 55 yaşlı Məhəmmədəli Abdullayev xeyli spirtli içki qəbul etdikdən sonra qonşuluqda yerləşən evinə gedərək ov tüfəngi gətirib. O, məclisi daha da "şənləndirmək" üçün ətrafa atəş açmağa başlayıb. Bu zaman patrondan çıxan qırmalar məclisdə iştirak edən Natiq və Raqif Dəmirov qardaşlarına dəyib və onlar xəsarət alıb.

Polis tərəfindən saxlanılan M.Abdullayev deyib ki, kiminləsə ədavəti yoxdur və sadəcə ad günü olan qohumunun şərəfinə göyə atəş açıb. Faktla bağlı araşdırma aparılır.

* * *12:12

Kürdəmir rayon sakini həmyerlilərini güllələyib. Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 25-də Kürdəmir rayonunda rayon sakini Məhəmmədəli Abdullayev həmyerlisi Natiq Dəmirovun evində olarkən aralarında baş verən münaqişə zamanı M.Abdullayev N.Dəmirova və qardaşı Raqifə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev tutulmuş, hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinən “Arthems” markalı ov tüfəngi götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1088 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...