Əməkdar incəsənət xadiminin evini qarət etdilər

Əməkdar incəsənət xadiminin evini qarət etdilər


Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü Telman Hacıyevə məxsus Maştağa qəsəbəsi 2-ci Albalı massivində bağ evindən oğurluq olub. Oğrular evə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olublar. Bağ evindən məişət əşyaları oğurlanıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır. Qeyd edək ki, Telman Hacıyev Azərbaycan SSR əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılaq mukafatı laureatı, Azərbaycan Musiqi Xadimləri ittifaqı üzvü, Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professordur. (“Report”)


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
830 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...