"Gəncə Dəyirman” şirkətinin əməkdaşları qəzaya düşüb

"Gəncə Dəyirman” şirkətinin əməkdaşları qəzaya düşüb


Bakıda “Gəncə Dəyirman” şirkətinin əməkdaşları qəzaya düşüb. Hadisə Binəqədi qəsəbəsində baş verib. “VAZ- 2107” markalı avtomobili idarə edən Nahid Məmmədov idarəetməni itirərək qarşıdan gələn Zakir Şirinovun idarə etdiyi “Gəncə Dəyirman” şirkətinə məxsus “Nissan” markalı avtomobillə toqquşub.

N.Məmmədov 3 sayıl Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. “Nissan” markalı avtomobilin sərnişinləri İsmayıl Şahlarov və Mirzəabbas Bəşirov Kliniki Tibbi Mərkəzdə tibbi yardım alaraq evə buraxılıb. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsində (PB) araşdırma aparılır. (“Report”)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...