Kombinat direktorunun qətlinin təfərrüatları, qətli evin xadiməsi təşkil edibmiş

Kombinat direktorunun qətlinin təfərrüatları,


Yanvarın 8-də Bakının Hövsan qəsəbəsindəki bağ evində xüsusi amansızlıqla qətlə yetirilən Bakı Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətlinin bəzi təfərrüatları məlum olub.

Q.Bağırovun atası Afil Bağırov Trend-ə bildirib ki, qətl hadisəsində şübhəli bilinərək saxlanılan Mahnurə Hüseynova mütəmadi olaraq Q.Bağırovun evinə gəlib-gedirmiş. Qadın evin təmizlik işlərinə baxırmış və buna görə Q. Bağırovdan aylıq maaş alırmış. Evdə xadimə işləyən həmin qadın bir-neçə gün öncə Q. Bağırovun qətlə yetirilməsi üçün plan hazırlayıb və bu barədə tanışlarından yardım istəyib. Qadın qətl planı ilə bağlı tanışları Ehtiram Həsənov və Mübariz Əliyevlə danışaraq planı həyata keçirəcəyi günü müəyyən edib. Bir neçə gün Q.Bağırovu izləyən həmin şəxslər yanvarın 8-də qətl planını həyata keçirib. İzlənildiyini görən Q. Bağırov isə bu məqsədlə evindəki pulları hadisədən bir gün əvvəl evindəki seyfindən götürərək iş yerinə aparıb. Qatillər isə pulların evdə olduğunu zənn edərək Q. Bağırovu ödürmək qərarı verib.

A. Bağırov bildirib ki, tanışları E.Həsənov və M. Əliyeviin gizli yolla evə gəlməsi üçün M. Hüseynova həyətin və mənzilin qapılarını bilərəkdən açıq qoyub və həmin şəxslərin evə daxil olmasına şərait yaradıb.

Qeyd edək ki, qətl hadisəsi ilə bağlı 3 nəfər-Mahnurə Heydərəli qızı Hüseynova, Ehtiram Hətəm oğlu Həsənov və Mübariz Soltanağa oğlu Əliyev saxlanılıb.

Xatırladaq ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı bağ evində xüsusi amansızlıqla qətlə yetirilib. Kombinat direktoruna 8 bıçaq zərbəsi vurulandan sonra boğularaq qətlə yetirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...