Rusiyada 36 yaşlı azərbaycanlı qətlə yetirilib

Rusiyada 36 yaşlı azərbaycanlı qətlə yetirilib


Rusiyanın Volqodonsk şəhərində 36 yaşlı azərbaycanlı qətlə yetirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, qətl hadisəsi yanvarın 23-də pivə barında baş verib. İki müştəri arasında baş vermiş mübahisə qətl ilə nəticələnib.

Volqodonsk sakini, 1993-cü il təvəllüdlü şəxs 36 yaşlı azərbaycanlı tanışını bıçaqlayıb. Xəstəxanaya çatdırılan azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən şəxs saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır. Cinayəti sübuta yetirildiyi təqdirdə, həmin şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...