İstanbulda özünü güllələyən diplomat Eldar Həsənovun qohumudur

İstanbulda özünü güllələyən diplomat Eldar Həsənovun qohumudur


İslam Konfransı Təşkilatı Gənclər Forumunun əməkdaşı, dünən İstanbulda özünü güllələyərək intihar edən Fəxrəddin Əliyev keçmiş baş prokuror Eldar Həsənovun dayısı oğludur.

Modern.az musavat.com-a istinadən xəbər verir ki, mərhum həm də təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş müsavatçı İlham İsmayılın bacanağı olub. Mərhumun yaxınlarından biri adının çəkilməməsi şərti ilə bildirib ki, F. Əliyev Xarici İşlər Nazirliyi (XİN) sistemində işləmirdi:

"O, İstanbulda yaşayırdı və uzun illər idi ki, bizneslə məşğul olurdu. Bu hadisənin intihar olduğuna inanmırıq. Onun özünə qəsd edəcək heç bir durumu yox idi. Biz bu məsələnin ciddi araşdırılmasını istəyirik". Məlumata görə mərhumun cənazəsi artıq Bakıya gətirilib və Yasamaldakı ailə qəbristanlığında dəfn olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1019 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...