Uşaqları ana bətnində məktəbə hazırlaşdırmaq? - Nazirin təklifi suallar doğurdu
“Erkən təhsilin əleyhinəyəm. Çünki tarixən 70 il ərzində bizim məktəblərdə tədris yeddi yaşdan başlayıb, elmimiz də inkişaf edib. Son otuz ili o dövrlə müqayisə etsək, görərik ki, inkişaf, tərəqqi, yenilik yoxdur”.
Bunu uşaqların məktəb yaşı ilə bağlı Oxu.Az-a danışan təhsil eksperti Nadir İsrafilov deyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununa əsasən, məktəbə qəbul altı yaşdan başlanır. Eyni zamanda, dərs ilinin başlanmasına qədər altı yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqlar valideynlərin arzusu ilə Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna bilərlər.
Son zamanlar isə uşaqların beş yaşından məktəbə getmə halları artıb. Əvvəllər buna az rast gəlinsə də, indi belə deyil. Hətta bəziləri altı yaşın gec olduğunu dilə gətirirlər.
Elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə Azərbaycanda beş yaşdan aşağı uşaqların məktəbəqədər təhsilə cəlb olunacağının gözlənilən olduğunu deyib:
“Gələcəkdə beş yaşdan aşağı uşaqların məktəbəqədər təhsilə cəlbi nəzərdə tutula bilər. Bu gün ölkədə beş yaşlı uşaqların məktəbəqədər təhsildə göstəricisi 85%-dir: “Hədəfimiz bu göstəricinin 90%-dən yuxarı qaldırılmasıdır”.
Ekspert qeyd edib ki, yaş - mentalitetdən irəli gələn məsələdir:
“Sosial şəbəkələrdən, internetdən baxıb, dünya təcrübəsinə istinad edirik. Bu düzgün deyil, Avropa ölkələri dünyaya inteqrasiya olunan dövlətlərdir. Ümumiyyətlə, yaş səviyyəsi təhsilin müddətinə, keyfiyyətinə dəlalət edən əsas başlıca səbəb ola bilməz.
30-40 il bundan qabaqkı uşaqlara baxanda indiki ali məktəblərdə oxuyanlar sovet dönəminin 8-9-cu siniflərində oxuyan uşaqlarına bənzəyirlər. Bu, mentalitetlə bağlı olan bir məsələdir”.
N.İsrafilovun sözlərinə görə, məktəb yaşının beş yaşa keçirilməsi çox erkəndir, onlar uşaqlıqlarını yaşamalıdırlar:
“Hər bir valideyn üçün onun övladının sağlamlığı təhsilindən daha vacib olmalıdır. Biz birtəhər altı yaşa uyğunlaşmışıq, bundan sonra məktəb yaşını beş yaşa endirə bilmərik. Onların əlindən uşaqlıqlarını almağa haqqımız yoxdur.
Bu gün birinci sinifdə elə fənlər tədris edirlər ki, onlara ehtiyac belə yoxdur. Biz bu məsələni qaldırmalıyıq. Tədris planı ağır olduğu üçün bir çox fənləri çıxarmaq lazımdır. Sırf bu cür məsələlərə görə erkən təhsilin əleyhinəyəm”.
Nadir İsrafilovun sözlərinə görə, erkən yaşda tədrisə başlamaq absurd məsələdir:
“Yeddi yaşa qayıtmaq müşkül məsələdir. Lakin altıdan da erkən başlamaq absurd fikirdir. Hər ölkədə bir cürdür. Öz yanaşma tərzləri var. Hərə öz səviyyəsinə uyğun hərəkət etməlidir.
Proqram materialları yüngülləşdirilməli, azaldılmalıdır. Biz ali məktəbin funksiyasını orta məktəbə, birinci sinfin funksiyasını məktəbə hazırlığa yükləmişik. Bu cür olmaz. Uşaqları istismar etməməliyik. Uşaqları ana bətnində məktəbə hazırlaşdırmamalıyıq”.
768 dəfə oxundu