Ramin Hacılı Azərbaycana qayıtdı: - "İntiharın bir addımlığındaydım"

Ramin Hacılı Azərbaycana qayıtdı: -


Ümid Partiyasının ötən həftə Azərbaycanı tərk edən sədr müavini, deputatlığa namizəd Ramin Hacılı Bakıya qayıdıb. Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl müəmmalı şəkildə ölkədən gedən və bu gedişi ilə səs-küyə səbəb olan R.Hacılı Türkiyədən Azərbaycana dönüb. Ramin Hacılı ölkədən qısamüddətli gedişini belə izah edib: “Haqqımda deyilənlərin hamısı yalandır. Çox yüklənmişdim və bu illərlə yığılmış bir yük idi. İnsanlardan, Azərbaycandakı durumdan iyrənmişdim. Bu səbəbdən də ölkədən çıxmaq və özümə gəlmək istəyirdim. Hətta intiharın bir addımlığındaydım”.

R.Hacılı əlavə edib ki, ölkədən xəbərsiz getməsi ilə ailə üzvlərinə, doğmalarına qarşı haqsızlıq edib: “Mən onlardan, mənə görə təlaş keçirən insanlardan üzr istəyirəm. Amma deyim ki, ən böyük haqsızlığı da özümə etmişəm. Əslində noyabrın 2-də qayıtmağı düşünürdüm. Lakin təlaşı nəzərə alıb, tez ölkəyə döndüm”.

R.Hacılı bir qrup tələbənin ona pul verməsi məsələsinə də aydınlıq gətirib: “Mən onların məsələsində sadəcə vasitəçi olmuşdum. Mənim ölkədən getdiyimi eşidəndə də istər-istəməz həyəcanlanmışdılar. Onlarla əlaqə yaratdım və pullarının kimdə olduğunu, tezliklə qayıdacağımı dedim və rahatlaşdılar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1093 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...