İdmançımız ermənini məğlub etdi

İdmançımız ermənini məğlub etdi


Avropa Taekvondo Birliyi tərəfindən Latviyanın Dauqavpils şəhərində təşkil edilən gənclər arasında Avropa birinciliyi davam edir.

Gundeminfo.az ans press-ə istinadən xəbər verir ki, 45 ölkədən 448 taekvondoçunun qatıldığı və sayca 20-ci dəfə düzənlənən qitə birinciliyinin ikinci günü Mamed Abdullayevin rəhbərlik etdiyi yığma komandamızın 3 üzvü, adlarını mükafatçılar sırasına yazdırıb.

48 kq çəki dərəcəsində mübarizəyə qatılan Qaşım Maqomedov erməni rəqibi Harutyun Karbuzyanı 28-04 hesabı ilə məğlub edib. Ukraynalı İlya Qritsyuku (15-8) və ispan Joze İqnakio Trejo Munoz (9-3) üzərində inamlı qələbə qazanan Maqomedov, yarımfinala adlayıb. Yarımfinalda rusiyalı Aleksey Rudniklə gərgin keçən döyüşdə isə minumal hesabla (20-21) məğlub olaraq bürünc medala sahib çıxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1080 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...