Türkiyə Zəfər bayramını qeyd etməyəcək

Türkiyə Zəfər bayramını qeyd etməyəcək


Türkiyə avqustun 30-da keçirilməsi planlaşdırılan Zəfər bayramı tədbirlərini ləğv edib. Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Ankara ölkədə baş verən qanlı olaylarla əlaqədar Zəfər bayramını qeyd etməmək barədə qərar qəbul edib. Bu barədə Baş Nazirliyin rəsmi qəzetində məlumat dərc olunub.

Baş nazir Əhməd Davudoğlunun imzası ilə yayımlanan təlimatnamədə “son günlər törədilən terror hadisələri ilə əlaqədar 30 avqust Zəfər bayramında sadəcə gül çələngi qoymaq və təbriklər qəbul etmək məsləhətdir. Digər şənlik, konsert, əyləncələrin təxirə salınması tövsiyyə olunur”-deyə qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1125 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...