Fələstin Azərbaycana nota verdi

Fələstin Azərbaycana nota verdi


Fələstin Dövlətinin Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) nota ilə müraciət edərək Ermənistanın “Zhamanak Daily” xəbər agentliyinin Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfirinin “East Magazine”nə (Vostok) verdiyi müsahibəsinə istinadən yaxın gələcəkdə İrəvanda Fələstin səfirliyinin açılacağı barəsində yaydığı xəbərinin yalan olduğunu bildirib. Bu barədə AzVision.az - a Azərbaycan XİN mətbuat xidmətindən bildirilib.

Notada qeyd olunur ki, bu xəbər “Zhamanak Daily” və ona istinadən Azərbaycanın bəzi xəbər portallarında çıxan zaman Fələstin Dövlətinin Bakıdakı səfirliyi Fələstin Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və hər iki qurum tərəfindən bu xəbərin yalan olduğu və ümumiyyətlə, İrəvanda Fələstin səfirliyinin açılması barəsində niyyətin olmadığı təsdiq edilib.

“Ermənistan KİV-nin ölkəmizin xarici, müdafiə və təhlükəsizlik siyasətinə xələl gətirmək məqsədi ilə bir çox hallarda qəsddən dezinformasiya və təxribat xarakterli məlumatlar yaydıqlarını nəzərə alaraq, bəzi yerli kütləvi informasiya vasitələrinə dəqiqləşdirmə və yoxlama aparmadan bu kimi xəbərlərin yayılmasından çəkinməyi tövsiyə edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1132 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...