Kılıçdaroğlundan Ərdoğana sərt sözlər: “Qanla bəslənir“
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu prezident Rəcəb Təyyib Ərdoğanı sərt tənqid edib
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ana müxalifət partiyasının sədri ona hökumət qurmaq səlahiyyəti verməkdən imtina edən Ərdoğanın ünvanına çox sərt sözlər deyib. Kılıçdaroğlu Ərdoğanı terroru başlatmaqda, millətə zorla özünü lider göstərməkdə günahlanıdırıb. Müxalifət lideri Ərdoğanın oğlunun pullu hərbi xidmət göstərdiyini dilə gətirib: “Ərdoğan oğlunu əsgərdən qaçırır, kasıb-kusubun oğlu da şəhid olur. Sonra çıxır deyir ki, nə xoşbəxt ailələrdi ki, uşaqları vətən yolunda şəhid düşüblər. Burda Ərdoğana sual vermək lazımdı ki, bəs sənin oğlun niyə gedib terrorçularla döyüşmür? O, insanlara xoşbəxtlik dediyin sənin övladların üçün keçərli deyil?”.
CHP lideri Ərdoğanı konstitusiyaya xəyanət etməkdə də suçlayıb. “Ərdoğan verdiyi andı da tuta bilmədi. Mən bunu ilk gündən deyirdim. Millətin gözü açılmalıdı, bu cür insanın Türkiyəni idarə etməyinə etiraz olunmalıdır".
Kamal Kılıçdaroğlu prezident Ərdoğanın xalqa qarşı diktatura qurduğuna da deyib. O, bildirib ki, Ərdoğan artıq xalqdan bir dəstək almır, yalnız güc tətbiq etməklə hakimiyyətdə qalmaq istəyir: “Ərdoğan millətə güvənmir, ona təzyiq edir, yaratdığı terror nəticəsində qanla bəslənərək millətə öz iradəsini diqtə etdirməyə çalışır”.
1092 dəfə oxundu