ABŞ-da yeni etirazlar başlayıb

ABŞ-da yeni etirazlar başlayıb


Sent-Luis şəhərində (Missuri ştatı) polis əməkdaşları qaradərili gəncin həbsi zamanı ona atəş açdıqdan sonra şəhərdə baş verən etirazlar zamanı ən azı 9 nəfər həbs edilib. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən bu barədə “CNN” telekanalı xəbər yayıb.

Etiraz aksiyasının iştirakçıları polisə daş və şüşə qablar atıblar. Dağılışmaq çağırışına məhəl qoymadıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə etməli olub. Nümayişin baş verdiyi rayona küçələrdə asayişi bərpa etmək üçün əlavə bölmələr cəlb olunub. Ötən gün axşam 2 polis əməkdaşı Sent-Luisin kriminal rayonunda yerləşən evlərdən birində axtarış aparmağa gedib. Axtarış zamanı 2 qaradərili gənc arxa qapıdan qaçmağa çalışıb. Gənclərdən biri polislərin “dayan” əmrini eşidən kimi ona silah yönəldib və təhdid etməyə başlayıb. Nəticədə polis əməkdaşı hücum edən şəxsə atəş açıb. Qaça bilən o biri kişinin axtarışları davam edir.

Bundan dərhal sonra 100 nəfərdən çox qaradərili etirazçı hadisə yerinə gəlib. Yerli polis idarəsinin başçısı Sem Dotson bildirib ki, iğtişaş zamanı nümayiş iştirakçıları avtomobili yandırıb və bir neçə ticarət məntəqəsini qarət edib. Polis əməkdaşları artıq öldürülən qaradərilinin adını açıqlayıb. Bu, 18 yaşlı Mənsur Bol-Beydir. Atəş açan hüquq-mühafizə orqanlarının əməkdaşları isə 30 yaşlı ağdərili kişilərdir. Onlar hadisə ilə bağlı istintaq sona çatanadək inzibati məzuniyyətə göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...