"Öhdəliklər yerinə yetirilməsə, İrana aviazərbələr endirə bilərik"

"Öhdəliklər yerinə yetirilməsə, İrana aviazərbələr endirə bilərik"


“İranlı alimlərin həyatına cavabdehlik daşımıram”.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu İsralin müdafiə naziri Moşe Yaalon Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində deyib. İranın nüvə proqramından özlərini qoruyacaqlarını bildirən M. Yaalon İranın nüvə ambisiyalarının qarşısının alınmasının vacibliyini vurğulayıb: “Biz bunun sanksiyalar vasitəsilə həyata keçirilməsini istəyirik. Lakin nəticə etibari ilə İsrail özünü müdafiə etməlidir”.

İsrail müdafiə naziri İranın “altılıq” ölkələri ilə əldə etdiyi nüvə razılaşmasının “tarixi səhv” olduğunu qeyd edib. Onun sözlərinə görə, İran öhdəliklərini icra etməsə, İsrail aviazərbələr endirə bilər. Xatırladaq ki, 2007-ci ildən indiyədək İranda nüvə enerjisi sahəsində çalışan 5 mütəxəssis öldürülüb. İran sui-qəsdlərin arxasında İsrailin dayandığını iddia edib.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında nüvə məsələsinə dair razılaşma 14 iyulda əldə edilib. BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamədə nüvə proqramının nəzarətə götürülməsi müqabilində BMT sanksiyalarının mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1132 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...