Ermənistan Gürcüstan ətini qadağan etdi

Ermənistan Gürcüstan ətini qadağan etdi


Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinin Qida məhsullarının təhlükəsizliyi üzrə Dövlət Xidməti ölkəyə gətirilən ət məhsullarına nəzarəti gücləndirib. Oxu.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Xidmət avqustun 5-dən 19-na qədər Baqrataşen, Bavra və Qoqovani sərhəd keçid məntəqələrindən (Gürcüstanla sərhəddə) Ermənistana şəxsi istifadə üçün iribuynuzlu mal-qaranın ətinin idxal edilməsini qadağan edib”, - məlumatda deyilir.


Qurumdan bildirilib ki, bu qərar Sibir xorasına yoluxmuş ətin sərhəddən ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1145 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...