ABŞ və İran körfəzi ölkələri Bəşər Əsədi istefaya çağırdı

ABŞ və İran körfəzi ölkələri Bəşər Əsədi istefaya çağırdı


Amerika Birləşmiş Ştatları və Körfəz ölkələri Əməkdaşlıq Şurasına daxil olan ərəb dövlətləri Suriyada yeni hökumətin yaradılması vacibliyini qeyd ediblər. "Report" qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Qətərdə başa çatan diplomatik qurum rəhbərlərinin görüşündən sonra yaydığı bəyanatında deyilir.

"Nazirlər prezident Bəşər Əsədin legitimliyini itirdiyini ifadə edərək, Suriyada hakimiyyəti nəzarət olunan qaydada təhvil vermək çağırışını təkrarlayıblar. Onlar insanların istəklərini ifadə edən və bütün Suriya vətəndaşlarının milli birliyinə nail olaraq hər bir şəxsin hüquqlarını və fikir azadlığını təmin edəcək yeni Suriya hökumətinin yaradılmasına ehtiyac olduğunu vurğulayıblar" - məlumatda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1190 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...