Obama Keniyaya səfəri zamanı nənəsinə baş çəkəcək
ABŞ prezidenti Barak Obama Keniyaya sabah başlayacaq səfəri zamanı nənəsinə baş çəkməyə nəhayət razılaşıb.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Syuzan Rays jurnalistlərə bildirib. “Ancaq zaman və logistika ilə bağlı məhdudiyyət var. Lakin mən əminəm ki, prezident də bu səfəri və hansısa müddət ərzində fərdi qaydada öz qohumları ilə görüşməyi səbrsizliklə gözləyir”-Syuzan Rays bildirib.
Obamanın atası keniyalı qaradərilidir, hazırda bu Afrika ölkəsinin kəndində onun nənəs və atasının nəslindən olan çoxsaylı qohumları yaşayır. Onlar əsasən keçi və inək saxlamaqla, digər kənd təsərrüfatı işləri ilə məşğuldur. Bundan əvvəl xəbər verilmişdi ki, Obama Keniyaya səfəri zamanı atasının doğma kəndi olan Koqeloda nənəsi və digər ailə üzvləri ilə görüşmək istəmir.
Obama Qlobal sahibkarlıq sammitində iştirak etmək üçün Keniyaya səfər edir. Bu, ABŞ prezidentinin atasının vətəninə ilk səfəridir. Həmçinin tarixdə ilk dəfədir ki, ABŞ prezidenti bu Afrika ölkəsinə səfər edir. Obama Keniyadan sonra qonşu Efiopiyaya səfər edəcək.
1121 dəfə oxundu