Ermənistandakı rus əsgərləri aclıq çəkir Sensasiya

Ermənistandakı rus əsgərləri aclıq çəkir


Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakovun Avetisyanlar ailəsinin üzvlərini qətlə yetirəndən sonra açılmış cinayət işi üzrə araşdırmalar rusiyalı müstəntiqləri başqa bir dəhşətli faktın izinə salıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, burada söhbət hərbi bazadakı çoxmilyonluq talançılıq faktından gedir. Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, bu talançılıq həm Cənub Hərbi Dairəsinin (Ermənistandakı 102-ci Rusiya hərbi bazası bu dairəyə daxildir) yüksək rütbəli zabitləri, həm də Ermənistanın “təhlükəsizliyinin bilavasitə qarantı” tərəfindən törədilib.


Rusiyalı müstəntiqlər “Permyakov işi”nin təhqiqatı zamanı rusiyalı hərbçilərin Gümrüdəki bazada xidmətinin dəhşətli təfərrüatlarını üzə çıxarıblar. Məlum olub ki, müddətli hərbi xidmət keçən əsgərlər özlərinə yemək axtarmaq üçün hərbi hissəni tez-tez tərk ediblər. Başqa sözlə, onlar sadəcə olaraq aclıq çəkiblər. Ona görə də Permyakovun məhkəməsinin gedişində onun Avetisyanların evinə də yemək dalınca getməsinin üzə çıxacağı istisna deyil. Mümkündür ki, erməni ailəsi acıqlı və ac rus əsgərinə yemək verməkdən imtina etdiyi üçün sonuncu bu ailənin bütün üzvlərini güllələyib.

Gümrüdə xidmət edən rus əsgərlərinin aclıq çəkməsi xəbəri Rusiyanın hüquq-mühafizə orqanlarına çatandan sonra daha bir istintaq qrupu yaradılıb. Qrup Gümrüdəki hərbi bazada ərzaq oğurluğu faktını araşdırıb. Rusiya hərbi bazasının ərzaq təchizatı rəisi saxlanılıb və onun ifadəsi alınıb. Məlum olub ki, Ermənistanda ərzaq oğurluğu sahəsində nəhəng bir şəbəkə var. Bu şəbəkə hərbçilərə çatası ərzağın oğurlanıb satılması ilə məşğuldur. Bu şəbəkənin bir ucu da Cənub Hərbi Dairəsi ərzaq xidməti rəisinin müavini, polkovnik Denis Zorinə gedib çıxır.

Müstəntiqlərin qənaətinə görə, hərbi bazada yüksək post tutan və məxfi xidməti informasiyalara, o cümlədən başladılan araşdırmaların gedişinə dair məlumatlara çıxışı olan polkovnik Zorin hərtərəfli araşdırmaların aparılmasına mane olub, izləri silib, bu iş üzrə adı keçən şəxslərə təzyiq göstərib.

Rusiya KİV-lərinin xəbərinə görə, polkovnik D.Zorin artıq həbs edilib. O, dünən - iyulun 16-da Rostov şəhərində saxlanılıb. Polkovnik Gümrü bazasındakı ərzaq talançılığında və mənimsəmədə ittiham olunur. Talanın miqyası isə dəhşətlidir. Söhbət 450 milyon rubl dəyərində ərzağın talanmasından gedir. Müstəntiqlər əmindir ki, Ermənistandakı rus əsgərlərinin aclıq çəkməsinin əsas səbəbi də budur - polkovnik Zorinin də üzvü olduğu əraq mafiyasının talançılığı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...