Almaniyada qaçqınlar evi yandırıldı

Almaniyada qaçqınlar evi yandırıldı


Almaniyanın cənubunda naməlum şəxslər qaçqınlar üçün nəzərdə tutulan binalar kompleksini yandırıb. AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, hadisə Bavariyada, Rayhertshofen kommunasında yaşanıb.

Polisin məlumatına görə, cinayətkarlar keçmiş otel ərazisində yerləşən binanın iki girişini yandırıb. `Hadisənin millətlərarası düşmənçiliyin motivləri əsasında törədilməsi variantını istisna etmək olmaz`, - deyə polis rəsmisi Hans-Peter Kammerer bildirib. Polis rəsmisi qeyd edib ki, bu yaxınlarda kommunada qaçqınların yerləşdirilməsinə dair aksiyalar keçirilib.
Hadisə Bakı vaxtı ilə 05:50-də baş verib. Kompleksdə olan binalardan biri tamamilə yanıb. Hadisə nəticəsində ən azı 150 min avro ziyan dəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...