Qırğızıstan da dəhşətli istilərə təslim oldu

Qırğızıstan da dəhşətli istilərə təslim oldu


Qırğızıstan hökuməti anomal isti hava şəraitini nəzərə alaraq iyulun 16-da iş gününü qısaldıb.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ölkənin baş naziri Temir Sariyev bu barədə sərəncam imzalayıb.
Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir ki, havanın hərarətinin 44+ dərəcə olacağına dair FHN-nin proqnozunu nəzərə alan Əmək, Miqrasiya və Gənclər Nazirliyi iş gününün qısaldılması təklifini irəli sürüb. Baş nazir təklifi nəzərdən keçirib və müvafiq sərəncam imzalayıb.

Nazirin sərəncamına əsasən bu gün - 16 iyun tarixində ölkədə iş günü 2 saat qısaldılacaq. Xatırladaq ki, 16 iyul 2015-ci il tarixdə İraqın bəzi əyalətlərində havanın hərarəti rekord səviyyəyə, 50 dərəcəyə çatacağı üçün ölkə hökuməti 16 iyulu qeyri-iş günü elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1261 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...