Kadırov: "Çeçenistanda İŞİD-in “iyi” belə olmayacaq"

Kadırov: "Çeçenistanda İŞİD-in “iyi” belə olmayacaq"


Çeçenistan rəhbəri Ramzan Kadırov əminliklə bildirib ki, regionun ərazisində “İslam Dövləti” (İŞİD) terror təşkilatının bazaları olmayacaq. Oxu.az bildirir ki, bu barədə TASS xəbər yayıb. “Biz bu “İblis dövləti”ndən Şimali Qafqazda filial açmaları haqqında və onların sahələrinin böyüməsini eşitmişik. Mən əmin etmək istəyirəm ki, bu şeytanların ümid etməyə yeri yoxdur və Çeçenistan Respublikasında onların bazaları, filialları, heç “iyi” belə olmayacaq”, - deyə Kurçaloyevski rayonunun Tsentaro kəndində xüsusi təyinatlı dəstələrin hərbi hazırlığını yoxlayan Kadırov bəyan edib.

“Bura heç kim qruplar şəklində gələ bilməz, risk etsələr belə, bu, həyatlarında etdikləri son şey olacaq”, - Çeçenistan rəhbəri bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1023 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...