Rusiya Avropa Məhkəməsinin qərarlarını saymayacaq

Rusiya Avropa Məhkəməsinin qərarlarını saymayacaq


Rusiya Konstitusiya Məhkəməsi qərar verib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Rusiya Konstitusiyasına zidd sayılarsa, rəsmilər həmin qərarları gözardı edə bilər. Bu qərar Rusiyaya imkan verir ki, Avropa Məhkəməsinin çıxardığı qətnamələri rədd etsin.

Avropa Məhkəməsi hər il Rusiyadan minlərlə şikayət qəbul edir. Rusiya bir sıra işlərlə bağlı Strasburq məhkəməsində uduzub və böyük məbləğdə cərimə ödəməlidir. Bu işlər sırasında keçmiş Yukos neft və qaz şirkəti, eləcə də Çeçenistandan şikayətlər var.
Konstitusiya Məhkəməsinin iyulun 14-də verdiyi qərarda deyilir ki, Rusiya qanunvericiləri xüsusi ədliyyə mexanizmi yarada bilər. Məqsəd Avropa Məhkəməsinin qərarlarının icrası zamanı Rusiya Konstitusiyasının “aliliyini” təmin etməkdir.

Hakimlər qərarın Vyana Konvensiyasına uyğun olduğunu deyirlər. İnsan haqları müdafiəçiləri isə bunu icra orqanının məhkəməyə “təhlükəli” təsirinin sübutu sayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1188 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...