Bu da tarixi anlaşmanın fotosu prezident twitter-də status yazdı

Bu da tarixi anlaşmanın fotosu


İran prezidenti Həsən Ruhani İranla "altılıq" ölkələrinin nüvə məsələsinə dair anlaşma əldə etməsi barədə status yazaraq Twitter hesabından paylaşıb və öz statusuna şəkil də əlavə edib. Prezidentin statusu aşağıdakı kimidir: "Hazırda İran və Beynəlxalq Atom Enerjisi Agentliyi əvvəlki bütün mövzuları tamamilə həll etmə məqsədiylə işbirliyini sürətləndirməyə qərar verdi".

Qeyd edək ki, bu gün "altılıq" ölkələri ilə İran arasında nüvə proqramlarına dair razılaşma əldə edilib.

Məlumatlara görə, razılaşmaya əsasən Avropa İttifaqı İrana qarşı sanksiyaları sazişin imzalanmasından dərhal sonra ilin sonuna qədər donduracaq. Həmin müddət ərzində sanksiyaların tam ləğv edilməsi üçün qalan məsələlər razılaşdırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...