Poroşenko təcili iclas çağırdı
Ukrayna prezidenti Pyotr Poroşenko radikal-millətçi qrupun üzvləri ilə polis arasındakı qarşıdurmaya son qoymaq üçün Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. İyulun 11-də ölkənin qərbində yerləşən Mukacevo şəhərində baş verən silahlı qarşıdurmada azı 3 nəfər ölüb. Təhlükəsizlik qüvvələri "sağ sektor"un üzvləri olan yaraqlıların təslim olmasına çalışır. Bu toqquşma hökumətlə radikal qüvvələr arasında gərginlikdən və müharibə şəraitində olan ölkənin birliyinə təhlükədən xəbər verir. Ukraynanın təhlükəsizlik xidməti iyulun 12-də "sağ sektor"un silahlı üzvlərini qan tökülməsindən qaçmaq üçün təslim olmağa çağırıb. Hakimiyyət isə iyulun 11-dən yaraqlılara qarşı əməliyyata başlayıb.
Amma onların Macarıstan və Slovakiya sərhəddinin yaxınlığındakı meşəliyə çəkildikləri güman edilir. Hakim dairələr onlardan ikisinin yaralanaraq təslim olduqlarını, 12-nin isə hazırda axtarışda oduqlarını deyir. Atışmanın səbəbi hələlik açıqlanmır. "Sağ sektor"un onlarla tərəfdarı İyulun 12-də Kiyev və ölkənin digər şəhərlərində daxili işlər naziri Arsen Avakovun istefası tələbi ilə aksiya keçiriblər.
1291 dəfə oxundu