Nino Burcanadze: “Krım birdəfəlik getdi”

Nino Burcanadze: “Krım birdəfəlik getdi”


Gürcüstan parlamentinin sabiq sədri, hazırda müxalifət liderlərindən olan Nino Burcanadze Krımın haçansa yenidən Ukraynanın tərkibinə qayıdacağını birmənalı şəkildə istisna edib. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sabiq spiker bu ehtimalın hətta fərziyyə şəklində də mümkün olmadığını deyib. “Krıma gəlincə isə deməliyəm ki, de-fakto vəziyyət belədir: Krım Rusiyanın tərkib hissəsidir. Mən Krımın bir daha haçansa Ukraynanın tərkib hissəsi olacağına heç bir şans görmürəm” - deyə N.Burcanadze jurnalistlərə açıqlamasında söyləyib.

“Mən heç insanların Krımda Rusiyanın tərkibinə daxil olmaq üçün keçirilən referendumda səsverməyə məcburi şəkildə aparılmasının da əlamətlərinin görmürəm. Belə əlamətlərin olduğunu da düşünmürəm” deyə gürcü siyasətçi əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1279 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...