Köçəryan yeni partiya yaradır

Köçəryan yeni partiya yaradır


Robert Köçəryanın prezidentliyi zamanı uzun illər Ermənistanın xariçi işlər naziri olan Vardan Oskanyan və onun “Çiçəklənən Ermənistan” partiyasındakı keçmiş həmkarı Vaqe Ovannisyan yaxın zamanda yeni siyasi qüvvə yaratdıqlarını elan edəcəklər. Modern.az bildirir ki, bunu Ermənistanda çap olunan “Jamanak” qəzeti öz mənbələrinə istinadən yazıb.

Məlumatda qeyd edilir ki, yeni partiya ilk növbədə keçmiş prezident Robert Köçəryanın böyük siyasətə qayıdışına lobbiçilik edəcək. Digər iddiaya görə, bununla da onun Ermənistanın siyasi arenasındakı yeri müəyyənləşdiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1162 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...