Jirinovski yenə dəlilik etdi VİDEO

Jirinovski yenə dəlilik etdi

"Keçmiş SSRİ-nin bütün ərazisi Rusiyanın milli maraq zonasıdır"

RLDP lideri Rusiya Baş Prokurorluğunun Baltikyanı dövlətlərin müstəqilliyinin 1991-ci ildə SSRİ Dövlət Şurası tərəfindən tanınmasının qanuniliyini yoxlamağa başlamasından razı qaldığını bildirib. Oxu.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, Jirinovski xatırladıb ki, SSRİ konstitusiyası dövlətin süqutunu nəzərdə tutmamışdı. Yeganə qanuni prosedur referendum ola bilərdi. Bu səbəbdən də, onun iddialarına görə, 1991-ci ilin dekabrın 8-də baş verənlər qanunsuzdur. 1996-cı ilin mart ayında Dövlət Duması “Belovejsk razılaşması”nın ratifikasiyasını ləğv edib. Jirinovski əmindir ki, əgər “ratifikasiya yoxdursa, deməli, MDB və Baltikyanı dövlətlər də yoxdur”.

Bundan başqa, o, Rusiyanın qabaqcıl elmi işləmələrdən istifadə edərək müdafiə gücünü artırmasını alqışlayıb: “Yeni raketlər, lazer, maqnit, hava silahları lazımdır”. Jirinovski bəyan edib ki, Rusiya bayrağı Vilnus, Riqa və Tallin üzərində olacaq.
Bundan başqa, o, keçmiş SSRİ-nin bütün ərazisinin Rusiyanın milli maraq zonası olduğunu qeyd edib. Orda olanları isə işğalçı adlandırıb. “Heç bir eston, latış, litva ordusu olmamalıdır, Ukrayna ordusu heç olmamalıdır. Hər yerdə bir ordu olacaq – rus ordusu”, - RLDP lideri bəyan edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...