Türkiyədə 5 nəfər “donuz qripi”ndən ölüb

Türkiyədə 5 nəfər “donuz qripi”ndən ölüb


Türkiyədə AH1N1 ("donuz qripi") virusu daşıyanların sayının artması ilə əlaqədar son iki gündə 35 nəfər yüksək hərarət və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, xəstələrdən 5-i ölüb, 30 nəfərin müalicəsi davam etdirilir. Onlarda “donuz qripi”nin aşkarlandığı açıqlanıb. Ölənlərdən birinin azyaşlı olduğu bildirilir. Həkimlər mövsüm dəyişkənliyinin bu virusun yayılmasına şərait yaratdığı barədə xəbərdarlıq ediblər. İnsanlara qrip və sətəlcəmə qarşı peyvənd olunmaları məsləhət görülür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
933 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...