Putin böyük mətbuat konfransı keçirəcək

Putin böyük mətbuat konfransı keçirəcək
Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq böyük mətbuat konfransı keçirməyi planlaşdırır.

Unikal.org xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“İllik mətbuat konfransı planlaşdırılır", - deyən Kremlin sözçüsü epidemioloji vəziyyətin inkişafından asılı olaraq tədbirin formatı barədə qərar veriləcəyini əlavə edib.

Qeyd edək ki, Putin 2001-ci ildən bəri hər il böyük mətbuat konfransı keçirir. Fasilə yalnız baş nazir vəzifəsində çalışdığı dövrdə - 2008-2012-ci illərdə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
429 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...