Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR

Binəqədidə qanunsuz obyekt yenidən tikilir? -
Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin tapşırığına məhəl qoymur.

Rayon icra hakimiyyəti tərəfindən sökülən hasarlar yenidən bərpa edilib.

AzFakt.com xəbər verir ki, Binəqədi rayon Sulutəpə və Xocasən qəsəbələri arasında, neft şirkətinin torpaqlarına aid ərazidə tikinti üçün heç bir rəsmi icazəsi olmayan obyekt inşa edilir.

Məlumata görə bir müddət öncə ərazidə inşa edilən qanunsuz obyektlə bağlı məlumat mətbuatda yayıldıqdan sonra tikinti işləri Binəqədi İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin tapşırığı ilə dayandırılmış və hasarlar sökülmüdür.
Binəqədidə qanunsuz obyekt yenidən tikilir? -


Saytımıza daxil olan məlumata görə ərazi yenidən hasarlanaraq gizli şəkildə obyekt tikintisi həyata keçirilir.


Məlumata görə qanunsuz tikintinin sahibi Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlıdır. Ancaq Qəhrəman Qəhrəmanlı obyektin şəhid ailəsinə aid olduğunu iddia edir. Şəhid ailəsinin isə bələdiyyə sədrinin müavini Qəhrəman Qəhrəmanlının həyat yoldaşının qardaşı ailəsi olduğu bildirilir.

Ərazinin yenidən hasarlanaraq gizli şəkildə tikinti aparılması isə o anlama gəlir ki, Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin tapşırığına məhəl qoymur.
Binəqədidə qanunsuz obyekt yenidən tikilir? -


Bildirək ki, Qəhrəman Qəhrəmanlı uzun illərdir Xocasən bələdiyyəsinin sədr müavinidir. Xocasən və ətraf qəsəbələrin sakinləri arasında Qəhrəman Qəhrəmanlı daha çox torpaq satan "makler" kimi ad çıxarıb. Onun Xocasən və Sulutəpə qəsəbələrində xeyli sayda obyektlərinin olduğu bildirilir.

Qəhrəman Qəhrəmanlının Binəqədi rayon İcra Hakimiyyətinin başçısının sosial iqtisadi məsələlər üzrə müavini Hacıbaba Babayevin adamı olduğu iddia edilir.
Binəqədidə qanunsuz obyekt yenidən tikilir? -

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Binəqədidə qanunsuz obyekt yenidən tikilir? -
Binəqədidə qanunsuz obyekt yenidən tikilir? -
Binəqədidə qanunsuz obyekt yenidən tikilir? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...