Türkiyədə 286 min insan aksiyaya çıxdı: saxlanılanlar var

Türkiyədə 286 min insan aksiyaya çıxdı:
Türkiyənin müxtəlif şəhərlərində 1 may – Əmək və Həmrəylik Günü münasibətilə keçirilən aksiyalar zamanı 409 nəfər saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya mətbuata açıqlamasında deyib.

O bildirib ki, 78 vilayətdə təşkil edilən 212 aksiyaya ümumilikdə 286 min 584 nəfər qatılıb.

Nazirin sözlərinə görə, İstanbulda 407, Tokatda 1 və Vanda da 1 nəfər polislər tərəfindən saxlanılıb.

Yerliqaya əlavə edib ki, aksiyalar zamanı təhlükəsizliyin təmin edilməsi üçün 122 min 777 nəfər polis əməkdaşı xidmətə cəlb edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...